Sablyaçımız Türkiyədə keçirilən turnirdə 3-cü oldu
ESTAFET/ Sablya üzrə yığma komandamızın üzvləri Türkiyənin İstanbul şəhərində keçirilən EFC U-14 yarışı və U-12 açıq turnirində iştirak edib.
Qılıncoynadanlarımız turnirdə ümumilikdə 6 sablyaçı ilə təmsil olunub. 14 yaşadək oğlan sablyaçıların yarışında Ayxan Xasiyev 116 iştirakçı arasında 11-ci,Murad Muradov 45-ci,Nurlan Zeynallı isə 53-cü olub. 14 yaşadək qızların mübarizəsində isə ən yaxşı nəticə Zərifə Hüseynovaya məxsusdur. Qrupda keçirdiyi bütün görüşləri qalib başa vuran Zərifə ard-arda 1/16,1/8,1/4 və yarımfinal mərhələsini də qalib başa vurub. Sablyaçımız 85 iştirakçı 3-cü yer tutub.12 yaşadək oğlanların yarışında isə Murad Muradov 116 iştirakçı arasında 15-ci yerdə qərarlaşıb.