Ayşən Yusifova və Jalə Əliyeva çıxışını başa vurdu

ESTAFET/ İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Yarışın 4-cü günündə daha 2 qadın güləşçimiz mübarizə aparıb. Ancaq onlar ilk mərhələdə uğursuzluqla üzləşib. Ayşən Yusifova Belarus, Jalə Əliyeva isə Moldova təmsilçisinə məğlub olub.

53 kq
Təsnifat: Ayşən Yusifova - Viktoriya Apalonik (BLR) 0:10

62 kq
Təsnifat: Jalə Əliyeva - İrina Rinqaki (MDA) 0:2 

Müəllif: Natiq NƏSİROV