SƏFƏRDƏ KLUBLARIMIZDAN BİRİ GÜLDÜ, BİRİ ÜZÜLDÜ

ESTAFET/ Qadınlar arasında voleybol üzrə Çempionlar Liqasının 3-cü turunun oyunları keçirilib. Tur çərçivəsində Bakının "Azərreyl" və "Telekom" klubları da növbəti görüşərini keçiriblər.

 

A qrupunda mübarizə aparan "Telekom" səfərdə İtaliya "Modena"sının qonağı olub. Oyun italyanların üstünlüyü şəraitində keçib və onların 3-0 (25:20, 25:16, 26:24) hesablı qələbəsi ilə yekunlaşıb. Keçirdikləri hər 3 görüşü 1 set belə qazanmadan məğlub olan rabitəçilər 0 xalla qrupda sonuncu yerdədilər.

 

C qrupunda mübarizə aparan "Azərreyl" də səfərdə sinağa çıxıb. Onlar Fransada yerli "Seynt Rafael" klubu ilə qarşılaşıblar. Görüşü dəmiryolçular 3-1 (25:16, 25:21, 18:25, 25:20) hesablı qələbə ilə başa vurublar. Bu qələbə sayəsində onlar Türkiyə "Fənərbaxça"sından sonra 6 xalla qrupda 2-ci yerdə qərarlaşıblar.