“Alanyaspor”da yeni baş məşqçi

ESTAFET/ Sərgən Yalçınla yollarını ayıran Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi məlum olub. Super Liqa təmsilçisi son mövsümdə “Yeni Malatyaspor”u çalışdıran Erol Bulutla razılıq əldə edib.

Tərəflər arasında rəsmi müqavilənin növbəti həftə imzalanması planlaşdırılır.

“Alanyaspor” son mövsümdə Super Liqanı 44 xalla 9-cu pillədə başa vurub. 

Müəllif: Məsim MƏSİMZADƏ