“Trabzonspor” Karamanla davam edəcək

ESTAFET/ Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Ünal Karamanla yeni müqavilə imzalayıb. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

53 yaşlı türkiyəli mütəxəssislə müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.

Ünal Karaman 2018-ci ilin may ayından Trabzon təmsilçisini çalışdırır. 2 illik yeni müqavilə bağlayan təcrübəli mütəxəssisin rəhbərliyi altında geridə qalan mövsümü 4-cü pillədə başa vuran “Trabzonspor”, Türkiyəni Avropa Liqasında təmsil etmək hüququ qazanıb. 

Müəllif: Orxan NOVRUZOV