Millimiz bosniyalılarla qarşılaşacaq

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışı, iyunun 13-də və 15-də adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Toplanışa dəvət olunmuş futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq. Hazırlıq prosesində iştirak edəcək futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Adı, Soyadı | Klubu |
Elgün Bayramov | Neftçi |
Mirəli Əhmədov | Neftçi |
Nihad Cəfərov | Neftçi |
Mehrac Baxşəliyev | Qəbələ |
Rauf Rüstəmli | Qəbələ |
Ülvi Mədətov | Qəbələ |
Mirmövsüm Canıyev | Qarabağ |
Fidayi Əzizli | Qarabağ |
Musa Musazadə | Qarabağ |
Zöhrab Əsədov | Qarabağ |
Nurəli Nurəliyev | Zirə |
Cəlal Hüseynov | Zirə |
Elnur Mirzəyev | Zirə |
Vüsal Əliyev | Zirə |
Kamal Kazımov | Keşlə |
Rəşad Həsənov | Keşlə |
Vüsal Qənbərov | Sabah |
Raqib Abışov | Sabah |
Sənan Aslanov | Turan Tovuz |
Eldar Tağızadə | Fundacion Marcet (İspaniya) |
Ayxan Cabbarov | Göteborq (İsveç) |
Fərman Teymurov | Atlet (Ukrayna) |
Amin Ramazanov | Lokomotiv (Moskva, Rusiya) |
Nikita Pesotski | Çertanovo (Moskva, Rusiya) |
