TATA STEEL CHESS TOURNAMENT 2017 - SON TUR

ESTAFET/ Hollandiyada şahmat üzrə beynəlxalq "TATA STEEL CHESS TOURNAMENT" superturniri davam edir. Bu gün turnirdə sonuncu, 13-ci turun oyunları keçirilib.
Karlsen - Karyakin 0,5-0,5
Rapport - Adiban 0-1
Vey Yi - Voytaszek 0-1
Andreykin - Aronyan 1-0
Nepomnyaşi - So 0-1
Van Veli - Harikrişna 1-0
Giri - Elyanov 0,5-0,5
Turnirin qalibi keçirdiyi görüşlərdə 9 xal toplayan amerikalı şahmatçı Uesli So olub. Ondan 1 xal az toplayan Dünya çempionu Maqnus Karlsen (Norveç) turniri ikinci sırada bitirb.
