Jezniçakın yeni klubu müəyyənləşib

ESTAFET/ "Qarabağ"ın mövsüm bitəndən sonra başa çatan müqaviləsini izatmayaraq yollarını ayırdığı Yakub Jezniçakın yeni klubu müəyyənləşib. 33 yaşlı polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla" klubunda davam etdirəcək.
Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. Yakun "1+1" illik müqavilə imzalanıb. O, yeni klubunda "25 nömrə"li forma ilə çıxış edəcək.
Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa yüksək liqasında 14-cü pillədə başa vurub.
Mənbə: Sport24.az
