Boksçularımızın rəqibləri dəqiqləşib - Minsk 2019

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb. İyunun 21-də start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.

Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur.

Kişilər
21 iyun, 1/16 final
56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)
91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)
+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)

22 iyun, 1/16 final
60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)
69 kq. Lorenzo Sotomayor – Qurqen Madoyan (Ermənistan)
75 kq. Kamran Şahsuvarlı – Giorgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi
81 kq. Alfonso Dominqes – Stepan Hrekul (Ukrayna)

23 iyun, 1/16 final
64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya)

1/8 final
49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)

24 iyun, 1/8 final
52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)

Qadınlar
24 iyun, 1/8 final
69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan) 

Müəllif: Natiq NƏSİROV