Sablyaçılarımız Avropa çempionatında 8-ci oldu

ESTAFET/ Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatının 4-cü günündə Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakovadan ibarət sablya üzrə yığma komandamız mübarizə aparıb.
Qadın sablyaçılarımız 8 komanda sırasına yüksəlmək uğrunda görüşdə İspaniya yığmasına 45:31 hesabı ilə qalib gəlib. Millimiz qitənin ən güclü 4 komandası sırasına yüksəlmək uğrunda qarşılaşmada İtaliya seçmə kollektivi ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə rəqib çətinliklə qalib gəlib (42:45).Komandamız ardınca 5-6-cı yerlər uğrunda görüşdə Almaniyaya 41:45 hesabı ilə uduzub. 7-8-ci yerlər üçn görüşdə Ukrayna yığmasına 38:45 hesabı ilə uduzan sablya üzrə qadınlardan ibarət milli komandamız 14 komanda arasında 8-ci olub. Komandamız turnir cədvəlində Türkiyə,Böyük Britaniya,İspaniya,Belarus,Rumıniya və Gürcüstan yığmalarını qabaqlayıb.
