BEYNƏLXALQ HAKİMLİK KURSLARI BAŞLADI
ESTAFET/ Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları start götürüb. Kurslar fevralın 9-dək davam edəcək.
Dünyanın 17 yerli federasiyasından 62 hakimin iştirak etdiyi kurslarda Azərbaycan Uğur Xəlilbəyli, Xəlil Hüseynov, Zaur Dadaşov, Nizami Abbasov, Əhməd Ağayev və Şakir Şıxəliyevlə təmsil olunacaq.