Daha 2 hakimimiz beynəlxalq dərəcə aldı

ESTAFET/ Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər. Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar. Namizədlərlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər. Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə ediblər. 

Müəllif: Natiq NƏSİROV