Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Milli komandamız İtaliyaya yola düşüb -
Milli komandamız İtaliyaya yola düşüb

ESTAFET/ 17 yaşadək qızlardan ibarət milli həndbol komandaları arasında 2019-cu il Avropa çempionatının təsnifat oyunları keçiriləcək.

Azərbaycan seçməsi B qrupunda İtaliya, Belarus, Polşa və Şimali Makedoniya kollektivləri ilə mübarizə aparacaq.

A qrupunda isə Çexiya, Türkiyə, İslandiya, Kosovo və İsrail milliləri yer alıblar.

Qrup mərhələsində ilk iki yeri tutan kollektivlər yarımfinalda turnirin qalibini müəyyənləşdirəcəklər.

Qeyd edək ki, yarış avqustun 3-dən 11-dək İtaliyada təşkil olunacaq.

Müəllif: Natiq NƏSİROV