AZƏRREYL NÖVBƏTİ QƏLƏBƏSİNİ QAZANDI
ESTAFET/ Ölkəmizin qadınlardan ibarət "Azərreyl" voleybol klubu Qadınlar arasında Avropa Çempionlar Liqasında növbəti oyununu keçirib. Bakıda keçirilən qarşılaşmada rəqib Fransanın "Sankt-Rafael" klubu olub. Görüş boyu üstün olab voleybolçularımız 3-0 (25:20, 25:11, 25:11) hesablı qələbə ilə qrupdakı mövqeyini möhkəmlədib. Komandamızın heyətində Katerina Jidkova 19 xal qazanmaqla ən məhsuldar oyunçu olub.
Qrupda 12 xalla Türkiyənin "Fənərbaxça" klubu liderdi. Aktivində 9 xal olan təmsilçilərimiz ikinci sırada qərarlaşıb. 3 xalı olan Polşa təmsilçisi "Dobrova Qornitsa" 3-cü, xalsız qalan fransızlar isə sonuncu yerdədi.