Millimiz mundiala 16 cüdoçu ilə yollanacaq
ESTAFET/ Cüdo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb. Avqustun 25-dən sentyabrın 1-dək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək mundialda yığmamız 16 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu yarışda Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Larisa-Aleksandra Florian (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev (57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) şans verəcək.
Dünya çempionatında ümumilikdə 151 ölkədən 898 (543 kişi, 355 qadın) cüdoçunun iştirakı gözlənilir.