Əliyar Ağayevə ÇL-də yeni təyinat
ESTAFET/ Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. AFFA-nın saytında verilən xəbərə görə, Ağayev Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 13-də, Avstriyada keçiriləcək LASK – “Bazel” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.