Yeniyetmə və gənclərin beynəlxalq təlim-məşqləri keçirilir
ESTAFET/ Bakıda, Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə Yaponiya, Iran, Rusiya, Qazaxıstan, Gurcustan, Çexiya və Türkmənistandan milli komanda və klub idmançılarının iştirakı ilə təlim-məşqlər təşkil olunub.
Yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə beynəlxalq hazırlıq məşqləri 10 avqustadək davam edəcək. 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclərin qatıldığı təlim-məşqlərdə Avropa, Asiya ve Dünya çempionları kimi titullu idmançılar iştirak edir. Dünya şöhrətli karateçimiz Rafael Ağayev də 70-dək beynəlxalq təlim-məşq iştirakçıları ilə bir yerdə məşq edib.
Milli komandamızı oktyabrda Çilidə Dünya çempionatı gözləyir. Ona qədər isə yeniyetmə və gənc karateçilərimiz 14-15 sentyabrda Budapeştdə beynəlxalq turnirə yollanacaq.