Vurğun Hüseynov 300-cü oyununu keçirdi

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turu “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov üçün əlamətdar oldu. Komandasının kapitanı olan təcrübəli müdafiəçi ölkə çempionatlarında 300-cü oyununu keçirdi.

“Qəbələ” ilə səfər matçında yubiley qeyd edən Vurğun bu müddətdə 8 qol vurub. Karyerasına 2005/06 mövsümündə “Turan”da başlayan arxa xətt oyunçusu bu klubda 82 matça 3 qol vurub. O, sonradan çıxış etdiyi “Qəbələ”də 65 qarşılaşmada 4 dəfə fərqlənib. İndiki klubunda 153 matçda 1 dəfə fərqlənməyə müvəffəq olan Hüseynovun komandası yubiley matçında 2:0 hesabı ilə qalib gəldi. Qeyd edək ki, Vurğun Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 21-ci futbolçu oldu. 

Müəllif: Məsim MƏSİMZADƏ