PARIS GRAND SLAM - CÜDO
ESTAFET/ Sabah Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə seriyasından olan mövsümün ilk turniri başlayacaq. İki gün davam edəcək mübarizədə 61 ölkədən 409 (259 kişi və 150 qadın) cüdöçu qüvvəsini sınayacaq. Azərbaycan bu mötəbər turnirdə 8 kişi cüdoçu ilə təmsil olunacaq.
Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) Paris tatamisində ilin ilk ciddi sınağına çıxacaqlar.