Dembele 4-5 həftəlik sıradan çıxdı
ESTAFET/ İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. Kataloniya təmsilçisinin futbolçusu Osman Dembele sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sol ayaq əzələsində ağrılar olan Dembelenin son durumu tibbi müayinədən sonra bilinəcək.
İspaniya mətbuatının xəbərinə görə, 22 yaşlı hücumçu 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.