"Sabah"dan ayrılaraq vətəninə qayıtdı

ESTAFET/ "Sabah"dan ayrılan Marko Deviçin yeni klubu müəyyənləşib. 37 yaşlı serbiyalı hücumçu karyerasını vətənində - Serbiya Superliqasında çıxış edən "Vozdovaç"da davam edəcək. Bu barədə klubun saytı məlumat yayıb.

O, 2004-2005-ci illərdə də "Vozdovaç"da oynayıb.

Qeyd edək ki, Deviç ailə vəziyyəti ilə bağlı bu yay “Sabah”dan ayrılıb. Bakı klubunun Premyer Liqada ilk qolunun müəllifi olan Marko 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol). 

Müəllif: Natiq NƏSİROV