"Həyəcan hiss olunurdu": Elşad Əhmədov

ESTAFET/ "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları görüşdən sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə matç haqda danışıb.

 

- İlk oyununun çətin olduğunu desəm, deyərsiniz ki, hər baş məşqçi belə deyir. Ancaq bu həqiqətdii. İlk matçda həyəcan hiss olunurdu. Üstəlik, rəqib də "Neftçi"di. Hər iki komanda uda bilərdi. Məncə. ədalətli nəticə elə heç-heçə idi.

 

- Cavid İmamverdiyevin ötürmələri gedib çatmırdı. Bu, onun hazırlığının yaxşı olmamağı ilə bağlı idi?

- Deməzdim. Cavid hazılrığı normal keçmişdi. Bəlkə də həyəcan onda vardı.

 

- Qol vəziyyətlərinə görə siz daha yaxın idiniz. Dirəkdən iki zərbəniz döndü...

- Bunun üzərində işləyəcəyik.

 

- Komandanızın bu mövsüm hədəfi nədi və bunun üçün hazırkı heyətiniz yetərlidi?

- Avrokuboklara yer tutmağımız lazımdı. İnşallah, bu heyətlə bacararıq. Kubokla və ya 3-cü yerlə Avroliqaya getmək istərdik.  

Müəllif: Orxan NOVRUZOV