"Qarabağ" Belfasta yola düşür
ESTAFET/ Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcəyi “Linfild”lə matçın keçiriləcəyi Belfast şəhərinə bu gün saat 20:30-da yola düşəcək.
Təqribən 6 saatlıq yol qət edəcək ağdamlıların sıralarında bəzi futbolçular olmayacaq. Söhbət kart cəzalıları - Riçard Almeyda və Rahil Məmmədovla yanaşı, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiçdən gedir. Klub rəhbərliyi onları özləri ilə aparmamağı qərara alıb.
Qeyd edək ki, bu komandalar arasında Şimali İrlandiyada baş tutacaq ilk görüş avqustun 22-də, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.