Quliyevli “Spartak” derbidən qalib ayrıldı

ESTAFET/ Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda paytaxtın digər təmsilçisi ÇSKA ilə üz-üzə gəlib. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

 

Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Spartak” 6 turdan sonra 11 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb. 

Müəllif: Natiq NƏSİROV