Toplanışa daha bir futbolçu cəlb olunub

ESTAFET/ Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Turnirə hazırlıq məqsədi ilə, avqustun 20-dən 24-dək yığmamız Bakıda təlim-məşq toplanışında olacaq. Təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına daha bir futbolçu dəvət olunub. “Neftçi” klubunun üzvü Rəvan Nağıyev komandaya qoşulub.

Müəllif: Məsim MƏSİMZADƏ