Millimiz AÇ-nin hazırlıqlarını Sloveniyada davam etdirir
ESTAFET/ Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız avqustun 14-dən Sloveniyada hazırlıqlara başlayıb. Hazırlıq proqramına əsasən millimiz Sloveniya yığması ilə 2 yoldaşlıq oyunu oynayacaq. Qızlarımız dünən ilk yoxlama matçında 5-0 hesabı qalib gəlib. Komandamız növbəti oyununu 20 avqustda oynayacaq.
Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstanın Budapeşt şəhərinə avqust ayının 21-də Sloveniyadan birbaşa yollanacaq.
C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır.
Qeyd edək ki, son Avropa Çempionatında millimiz IV yerin sahibi olub.
Millimizin Avropa Çempionatında daxil olduğu qrupun oyun təqvimini diqqətinizə çatdırırıq:
23.08.2019
17:00 Xorvatiya – Azərbaycan
19:30 Hollandiya _ Rumıniya
22:30 Macarıstan - Estoniya
24.08.2019
20:00. Estoniya – Xorvatiya
22:30. Rumıniya – Macarıstan
25.08.2019
17:30. Azərbaycan – Hollandiya
20:00. Estoniya – Rumıniya
26.08.2019
20:00. Hollandiya – Xorvatiya
22:30. Macarıstan – Azərbaycan
27.08.2019
20:00. Hollandiya – Estoniya
22:30. Rumıniya – Xorvatiya
28.08.2019
17:30. Azərbaycan – Estoniya
20:00. Xorvatiya – Macarıstan
29.08.2019
17:30. Rumıniya – Azərbaycan
20:00. Macarıstan – Hollandiya