Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Nəticədə M. Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.