ŞAHMAT ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI: SON TUR

ESTAFET/  Artiq 9 gündür davam edən qadınlar arasında ölkə çempionatında bu gün son turun oyunları oynanılır. Gözlənildiyi kimi çox gərgin mübarizə şəraitində keçən çempionatda son turadək medalçıların kimlər olacağı bəlli deyildi.

 

Son turun qarşılaşmaları aşağıdakı nəticələrlə yekunlaşıb.

 

Gülnar Məmmədova - Abdulla Xəyalə 0-1

Günay Məmmədzadə - Səbinə İbrahimova 1-0

Xanım Balacayeva - Zeynəb Məmmədyarova 0,5-0,5

Nərmin Xələfova - Ülviyyə Fətəliyeva 0-1

Nərmin Məmmədova - Ayan Allahverdiyeva 1-0

Ləman Hacıyeva - Nərmin Söyünlü 0,5-0,5

Nərmin Kazımova - Zeynəb İsmayılzadə 1-0

Türkan Məmmədyarova - Ləman Hüseynova 1-0

Aynur Kətanova - Gövhər Beydullayeva 0-1

Aysel Məmmədova - Aytac Heydərova 0-1

 

Bununla da Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı yekunlaşıb. Çempion adına 9 görüşdən 7 xal toplayan Günay Məmmədzadə sahib çıxıb. Gümüş medal isə 6 xal toplayan Ülviyyə Fətəliyevaya qismət olub. 4 şahmatçının aktivində 5,5 xal olub. Lakin əlavə göstəricilərə görə Zeynəb Məmmədyarova çempionatın bürünc medalını qazanıb.