Qazıbəyov mübarizəni dayandırdı
ESTAFET/ Boks üzrə Azərbaycan milli komandasının daha bir üzvü Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəyə qoşulub. 63 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov 1/32 final mərhələsində Qazaxıstan təmsilçisi Zakir Safyullinlə üz-üzə gəlib.
Görüş idmançımız üçün uğursuz alınıb. B.Qazıbəyov 0:5 (28:29, 28:29, 26:30, 26:30, 28:29) hesabı ilə məğlub olub.
Qeyd edək ki, mundialın əvvəlki günlərində rinqə çıxan Tayfur Əliyev (57 kq) və Amin Kuşkov (75 kq) 1/16 finala yüksəlib.