Tayfur Əliyev dünya çempionatının növbəti mərhələsində
ESTAFET/ Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın üçüncü günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.
57 kq çəkidə qüvvəsini sınayan boksçumuz Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş təmsilçimizin asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26).
T. Əliyev 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.