Dünya Çempionatının qonaqları ağacəkmə mərasimində iştirak ediblər

ESTAFET/ Dünən Milli Gimnastika Arenasının parkında Ağacəkmə mərasimi keçirilib. Tədbirdə, Arenada baş tutacaq 37-ci Dünya Çempionatına təşrif buyurmuş nümayəndə heyətləri, gimnastlar, Beynəlxalq Gimnastika (FIG) və Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, həmçinin çempionatın rəsmi səfiri Yana Batırşina iştirak ediblər.

İlk öncə açılış sözü ilə çıxış edən AGF-nin Baş katibi Nurlana Məmmədzadə qonaqları salamlayıb və onlara tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Yetişən gənc nəslə təbiətin mühafizəsi çağırışını verən təşkilatçılar daha sonra ilk olaraq Y. Batırşina ilə ağacəkmə mərhələsinə start veriblər. Və ardınca gimnastlar və digər qonaqlar da ağac əkərək, ətraf-mühitin qorunmasına, yaşıllığın artmasına öz töhfələrini veriblər. 

Müəllif: Orxan NOVRUZOV