"Sevilya" Bakıya 24 futbolçu ilə gəlir
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək "Sevilya" yola düşüb. İspanlar paytaxtımıza 24 futbolçu ilə gəlir.
Ancaq onlardan Lukas Okampos cəzalı olduğu üçün oyunu buraxacaq. "Qarabağ" önündə baş məşqçi Xulen Lopeteqinin ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu olacaq. Yalnız zədəli Nolito və cəzalı Lukas Okampos iştirak ərizəsinə salınmayıb.
Qapıçılar: 1. Tomaş Vaçlik (Çexiya), 13. Bono (Mərakeş), 33. Alfonso
Müdafiəçilər: 6. Daniel Karriço (Portuqaliya), 20. Dieqo Karlos (Braziliya), 12. Jules Kunde (Fransa), 18. Serxio Eskudero, 23. Serxio Requlyon, 16. Xesus Navas (kapitan), 15. Alexandro Pozo, 3. Serxi Qomes
Yarımmüdafiəçilər: 25. Fernando (Braziliya), 17. Nemanya Qudelj (Serbiya), 10. Ever Baneqa, 22. Franko Vaskes (hər ikisi Argentina), 7. Roni Lopes (Portuqaliya), 21. Oliver Torres, 24. Xoan Yordan
Hücumçular: 9. Munas Dabbur (İsrail), 19. Luk de Yonq (Hollandiya), 14. Çiçarito (Meksika), 30. Brayan Gil, 11. Munir El-Haddadi
Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.