Yenieytmələr yarışın ilk günü 4 medal qazandılar
ESTAFET/ Karateçilərimiz İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.
Finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşl yeniyetmələr, 52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşl yeniyetmələr, 63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşl yeniyetmələr, 57 kq) ilə Emin Namazov (14-15 yaşl yeniyetmələr, kata) isə bürünc mükafat qazanıb.
Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Y.Bəşirov həmçinin İran Karate Federasiyasının prezidenti Seyed Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.
20-22 sentyabr tarixlərində keçirilən və ümumi mükafat fondu 60.000 avro olan 15-ci "Urmia Open"-də 12 ölkədən 412 karateçi iştirak edir. Yarış həm də yeniyetmə və gənclər üçün oktyabrın axırı Çilidə dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaq.