FIDE QRAN PRİ-2017: ŞARCA - I TUR
ESTAFET/ Bu gündən etibarən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqvim planına uyğun olaraq, Dünya Çempionu adı uğrunda İddialılar turniri üçün vəsiqə verən Qran Pri seriyasının ilk mərhələsində mübarizə başlayıb. Mövsümün ilk mərhələsi Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində 18 şahmatçının iştirakı ilə keçirilir. İsveçrə sistemi ilə 9 turdan ibarət olan turnirin bu gün 1-ci turu oynanılıb və aşağıdakı nəticələr qeydə alınıb.
Valexo Pons (2709, İspaniya) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan) 0,5-0,5
Maksim Vaşyer-Laqrav (2796, Fransa) - Çao Li (2720, Çin) 1-0
Hikaru Nakamura (2785, ABŞ) - Dmitriy Yakovenko (2709, Rusiya) 0,5-0,5
Liren Dinq (2760, Çin) - Riçard Rapport (2692, Macarıstan) 0-1
Aleksandr Ryazantsev (2671, Rusiya) - Pavel Elyanov (2759, Ukrayna) 0,5-0,5
Yevgeni Tomaşevskiy (2711, Rusiya) - Levon Aronyan (2785, Ermənistan) 0,5-0,5
Maykl Adams (2751, İngiltərə) - Saleh Salem (2656, Misir) 1-0
Hou Yifan (2651, Çin) - Yan Nepomnyaşni (2749, Rusiya) 0,5-0,5
Aleksandr Qrişuk (2742, Rusiya) - Yon Ludviq Hammer (2628, Norveç) 0,5-0,5
Qeyd edək ki, 4 mərhələdən ibarət olan Qran Pri seriyasında ümumilikdə 24 şahmatçı mübarizə aparacaq. Azərbaycanı burada Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir. Yekunda topladıqları xallara görə ilk iki şahmatçı İddialılar turnirinə vəsiqə qazanacaq. Hər bir şahmatçı 3 mərhələdə iştirak etməlidi.