AÇIQ AVROPA KUBOKU: ROMA-2017

ESTAFET/ İtaliyanın paytaxtı Romada cüdo üzrə kişilər arasında Avropa açıq çempionatına yekun vurulub. Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.


90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalına sahib olub.


81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 7-ci olub.


Xatırladaq ki, yarışın ilk günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırıb.


Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunurdu.