Dünya çempionatı başa çatmaq üzrədir
ESTAFET/ Çilinin paytaxtı Santyaqoda Yeniyetmə və gənclərin Xl Dünya çempionatı davam edir. 26 oktyabrda 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) çıxış ediblər. Karateçilərimiz təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz olub. H. Baxşəliyev bürünc medalın bir addımlığında növbəti dəfə məğlub olaraq mükafatçılar arasına düşə bilməyib.
Bazar günü daha bir idmançımız yarışa çıxacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, bir gün əvvəl16-18 yaşlı gənclər milli komandasının üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş mükafata, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olub.