Yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında 9-cu olub

ESTAFET/ Yeniyetmə sablyaçılarımız Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “European Cadet Circuit” turnirində çıxış edib. 2003-2006 təvəllüdlü yeniyetmə sablyaçılar arasında keçirilən yarışda ümumilikdə 151 qılıncoynadan iştirak edib.
Oğlanların şəxsi yarışında sablyaçılarımızdan Maqsud Hüseynli 19, Murad Əkbərov 29, Saleh Məmmədov isə yekun sıralamada 51-ci olub.
Qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova 17, Sara Aydəmirova isə bu kateqoriya üzrə 70 iştirakçı arasında 47-ci olub.
Sablyaçılarımızın hamısı qrup mərhələsini adlamağı bacarıb. Sara Aydəmirova və Saleh Məmmədov 1/16 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar. Maqsud Hüseynli,Murad Əkbərov və Zərifə Hüseynova isə 1/8 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar. Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədovdan ibarət trio oğlan sablyaçıların komanda yarışında rusiyalı həmyaşıdlarına 34:45 hesabı ilə uduzub. Oğlan sablyaçılarımız 17 komanda arasında 9-cu yeri tutub. Turnirdə ölkəmizlə yanaşı, Rusiya, Avstriya, Belarus, Almaniya, Fransa və İsraili təmsil edən yeniyetmə oğlan və qız sablyaçılar iştirak edib.
