"Qarabağ"la oyunun biletləri bu gün satışa çıxarılacaq

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində noyabrın 1-i saat 20:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri bu gün satışa çıxarılacaq. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edəcək biletləri saat 15:00-dan etibarən "Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV