Badmintonçumuz çıxışını başa vurdu

ESTAFET/ Badmintonçumuz Edi Reski Dviçayo Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "44th YONEX Hungarian International Championships 2019" turnirində iştirak edib. "International Challenge" seriyalı turnirə əsas mərhələdən qatılan Edi kişilərin şəxxsi yarışında 1/16 finalda Ukrayna badmintonçusu Danilo Bosnyukla qarşılaşıb. 3 set davam edən qarşılaşmanın yekununda Bosnyuk Edini 2:1 (23-21,18-21,21-13) hesabı ilə məğlub edib. Turnirə bugün yekun vurulacaq.

Müəllif: Məsim MƏSİMZADƏ