Superliqada tur maraqlı görüşlə yadda qaldı

ESTAFET/ Noyabrın 2-də AzTU-nin basketbol arenasında Superliqanın 3 oyunu keçirilib.
"Gəncə" BK - "Sıçrayış" BK 79:70, "80"-lər - "Sərkərdə" BK 65:120.
"Zirvə" BK - "Xırdalan" BK oyununa gəldikdə isə bu qarşılaşma hər iki komandanın azarkeşlərini görüşün son saniyələrinə kimi gərginlikdə saxlayaraq əsl basketbol bayramına çevrildi. Xala-xal gedən oyunun kulminasiyası 4-cü hissənin axırında oldu.
Belə ki qarşılaşmanın sonuna 6 saniya qalmış hesab 79-79 idi. "Zirvə" BK-nın yekun hücumu fol ilə nəticələndi. 2 cərimə atışınından birini Anar Hacıyev səbətə sala bildi. Elə bu anda oyunun qurtarmasına 3 saniyə qalmış top Şirzad Şirzadova ötürüldü...və o onu səbətə yönəldə bilmədi. "Zirvə" BK cəmi 1 xal üstünlüyü ilə "Xirdalana"qalib gəldi 80:79 (19-25, 17-15, 21-18, 20-21).
