Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"Gəncə" "Atom" u məyus etdi -
"Gəncə" "Atom" u məyus etdi

ESTAFET/ Basketbol üzrə Azərbaycan Super Liqasının 6-cı turunun ilk oyununda "Gəncə" BK  "Atom" BK ilə üz-üzə gəlirdi.

Çox gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci 2 hissəsində "Atom" BK rəqibini üstələyə bildi 51:58. Belə ki gəncəlilər "Atom" un ustalıqla qurulan zona müdafiəsini yara bilmirdilər. 3 xallıq atışlar isə hədəfə çatmırdı. Amma 3-cü hissədən başlayaraq "Gəncə" BK oyun taktikasını dəyişdi. Rizvan Səfərovun yetirmələri rəqibə meydança boyu sərt pressinq tətbiq edərək onun müdafiəsini yara bildi. Oyun tədricən bərabərləşdi. 4-cü hissədə isə "Atom" təzyiqə tab gətirməyərək məğlub oldu - 79:65 (11-18,13-16,27-24,28-7)

Müəllif: Məsim MƏSİMZADƏ