Yoldaşlıq oyununun hakimləri müəyyənləşdi

ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında noyabrın 19-da, saat 18:00-da “Dalğa Arena”da keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
