Bundesliqa klubunda yeni baş məşqçi

ESTAFET/ Almaniyanın “Maynts” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bundesliqa təmsilçisini bundan sonra Axim Beyerlorzer çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssis yeni klubu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Beyerlorzer bu mövsümün əvvəlində Bundesliqanın digər təmsilçisi “Köln”ə baş məşqçi təyin olunsa da, 9 gün əvvəl istefaya göndərilmişdi. “Maynts” da ötən həftə Sandro Şvartsla ilə yollarını ayırmışdı.

Bu mövsüm 11 oyuna 3 qələbəsi və 8 məğlubiyyəti olan “Maynts” 9 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV