Karateçilər Premye Liqada mübarizəyə başladılar
ESTAFET/ Nuranə Əliyev (50 kq) İspaniyanın paytaxtı Madriddə Karate1 Premyer Liqa turnirində bürünc medal qazanmaq şansı qazanıb. Yarımfinaladək 3 qələbə qazanan idmançımızın bazar günü həlledici görüşdə rəqibi Rinka Rahata (Yaponiya) olacaq.
Nüfuzlu yarışın ilk günü həmçinin Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), İlahə Qasımova (55 kq), eləcə də Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən (komanda) ibarət kata seçmə komandası yarışa qatılıb.
Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqa yarışının cari mövsümdəki son mərhələsində 89 ölkədən 737 karateçi iştirak edir. Turnirdəki digər idmançılarımızın ilkin nəticələri şənbə günü məlum olacaq.