XIII turun ən yaxşısı Fernan Lopezdir

ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün XIII turunun ən yaxşı futbolçusu məlum olub. Bu, 352 göstərici ilə “Qəbələ”nin yarımmüdafiəçisi Fernan Lopezdir. İspan futbolçu “Zirə”yə qarşı görüşdə (3:0) 76 dəqiqə meydanda olub, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
