Dünya Şotokan Federasiyası İdarə heyətinin yeni tərkibdə yığıncağı keçirilib
ESTAFET/ Naxçıvanda Dünya Şotokan Federasiyası (WSF) İdarə heyəti üzvlərinin toplantısı keçirilib. İclasda qarşıda duran bir sıra məsələlər müzakirə edilib, nüfuzlu beynəlxalq təşkilatın daha məhsuldar fəaliyyəti üçün yeni təyinatlar olub.
Təbliğat işlərini gücləndirmək məqsədi ilə Sənan Məhərrəmov WSF-nin Media işləri katibi, Vüqar Kərimov isə Dünya Şotokan Federasiyasının rəsmi Azərbaycan nümayəndəsi təyin olunub.
İdarə heyətinin yığıncağı aşağadakı yeni tərkibdə keçirilib:
Asad Delihasan, Dünya Şotokan Federasiyasının prezidenti
Fazil Ələkbərov, Dünya Şotokan Federasiyasının 1-ci vitse-prezidenti
Yaşar Bəşirov, Dünya Şotokan Federasiyasının vitse-prezidenti
Kaxa Basiliya, Dünya Şotokan Federasiyasının vitse-prezidenti
Hayrettinin Hamurcu, Dünya Şotokan Federasiyasının vitse-prezidenti
Ercument Taşdemir, Dünya Şotokan Federasiyasının baş katibi
Qeyd edək ki, yeni mərhələyə qədəm qoyan bu mötəbər beynəlxalq təşkilatın Asiyada 40 ölkə, Afrikada 48, Avropada isə 50 olmaqla 138 üzvü var. Okeaniya və PanAmerika dövlətlərinin də Dünya Şotokan Federasiyasına üzv olması üzərində işlər gedir.