Danışılmış oyunlara görə 28 nəfər futboldan uzaqlaşdırıldı
ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Peşəkar Futbol Liqasının rəsmi saytında verilən xəbərə görə, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:
“Turan Tovuz”
Qocayev Sənan – futbolçu
Rüstəmov Misir – futbolçu
Bağırov Emin – futbolçu
Sadıqov İlkin – futbolçu
Məmmədov Rüfət – futbolçu
Tağıyev Eltay – futbolçu
Quluzadə Şahin – futbolçu
“Ağsu”
Kərimov Rəşad – icraçı direktor
Bayramov Kənan – qapıçılar üzrə məşqçi
Hacıyev Ənvər – klubun işçisi
Əliyev Ramil – futbolçu
İbrahimov Vüsal – futbolçu
Əmrahov Qalib – futbolçu
Əliyev Elçin – futbolçu
Əliyev Məhəmməd – futbolçu
Həşənov Şamo – futbolçu
Mirzalıyev Ruslan – futbolçu
Quliyev Orxan – futbolçu
Rəhimov Fərrux – futbolçu
Həşimov Elçin – futbolçu
Babayev Malik – futbolçu
Kərimov Ramil – futbolçu
Mustafayev Vüsal – futbolçu
Məmmədov Kənan – futbolçu
“Zirə-2”
Əliyev Səbuhi – futbolçu
"Uğur" (region liqası)
Məhərrəmov Cəmşid – futbolçu
"Ağsu Siti" (region liqası)
Alhüseynli Tuqay – futbolçu
"Alyans FK" (region liqası)
Rəhimli Cəmil – futbolçu
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.