Yeniyetmə və gənclər Venesiyada 4 medal qazanıb

ESTAFET/ Baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirində 4-cü medalı qazanıblar.
13-15 dekabr tarixlərində yarışın ilk günü 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) və Ramil Baxşəliyev (-55 kq) turnirin gümüş mükafatını qazanıb. Öz çəki dərəcələrində favoritlərdən sayılan Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq) bürünc medal uğrunda həlledici görüşdə qarşılaşıblar. Hesab açıılmadığından hakimlərin qərarı ilə döyüşü daha fəal keçirən Ə.Quliyev qalib gəlib. Daha bir bürünc medala isə Arina Bezrebra (14-15 yaşlı yeniyetmələr, +54 kq) sahib olub.
Dünya Karate Federasiyasının (WKF) 2019-cu il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.
