Superliqanın 11-ci turu geridə qaldı

ESTAFET/ Dekabrın 19-da kişilər arasında basketbol üzrə 27-ci Azərbaycan Çempionatının 11-ci turuna yekun vuruldu. 1-ci qarşılaşmada gözlənilən kəskin qarşıdurma yaşanmadı. Belə ki,"Xırdalan" BK oyunun 2-ci və 3-cü hissələrində böyük xal fərqi ilə geridə qalaraq "Zirvə Astara"ya ümumi hesabda məğlub oldu 85:71 (27-16,14-16,23-17,21-22).

11-ci turun son qarşılaşması çox kəskin mübarizə, rəqiblərin inanılmaz qarşıdurması şəraitində keçdi. Xala-xal gedən oyunda "80-lər" "Sərkərdə" üzərində qələbəyə çox yaxın idilər. Amma 4-cü hissənin axırında Namiq Ağayevin ("80"lər) 5-ci fol alaraq meydançadan uzaqlaşdırılması "80-lər"ə baha başa gələrək onlara Superliqada ilk qələbələrini qazanmağa imkan vermədi 72:76(17-24,20-15,17-19,18-18)

Müəllif: Məsim MƏSİMZADƏ