Türkiyə Kubokunda 5-ci mərhələ geridə qaldı

ESTAFET/ Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin cavab oyunları keçirilib. Sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.

“Kayserispor”, “Dənizlispor”, “Başakşəhər”, “Ərzurumspor” və “Trabzonspor” qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.

Daha öncə “Qalatasaray”, “Kasımpaşa”, “Antalyaspor”, “Rizəspor”, “Alanyaspor”, “Beşiktaş”, “Yeni Malatyaspor”, “Qaziantep”, “Sivasspor”, “Göztəpə” və “Fənərbaxça” da növbəti mərhələyə vəsiqəni təmin etmişdi.

Türkiyə kuboku
5-ci mərhələ

3 dekabr 2019

Vanspor – Kasımpaşa 2:2 (ilk oyun 1:2)
Antalyaspor – Eyüpspor 2:2 (3:0)
Samsunspor – Rizəspor 1:1 (2:3)
Adanaspor – Alanyaspor 1:7 (1:5)
Tuzlaspor – Qalatasaray 0:4 (2:0)

18 dekabr 2019

Ərzincanspor – Beşiktaş 2:0 (0:3)
Keçiörengücü – Yeni Malatyaspor 2:2 (1:3)
Qaziantep – Kırklarelispor 3:2 (1:2)
Sivasspor – Erokspor 0:1 (2:0)
Göztəpə – Karagümrük 2:1 (2:1)
İstanbulspor – Fənərbaxça 0:2 (0:4)

19 dekabr 2019

Manisaspor – Kayserispor 3:3 (2:3)
Dənizlispor – Altınordu 2:2 (5:3)
Başakşəhər – Trabzon 2:0 (1:0)
Bursaspor – Ərzurumspor 2:1 (2:4)
Trabzonspor – Altay 4:1 (2:1)

Müəllif: Orxan NOVRUZOV